Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin əməkdaşları üçün qida təhlükəsizliyi mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi anbar və loqistika işində təhlükəsizliyin təmin olunması, qida təhlükəsizliyinin idarə edilməsi sistemindəki müasir metodlar barədə əməkdaşların məlumatlandırlıması olub.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) mühəndisi İsmət Həmidov tərəfindən keçirilən təlimdə iştirakçılar İSO 22000 sistemi ilə yaxından tanış olublar. Qeyd edək ki, İSO 22000 qida təhlükəsizliyini təmin etmək üçün menecment imkanı verən təhlillər sistemidir və əməl edilməli ümumi prinsip və metodları müəyyən edir. Bu prinsip və metodları tətbiq etməklə hər bir təşkilat özünün iş təcrübəsinə, şəraitinə və istehsal üsuluna xas olan sistem yarada və onu həyata keçirə bilər. İSO 22000 sistemi Avropa, ABŞ və bəzi Asiya ölkələrində qida məhsulları ilə bağlı bütün biznes sahələri üçün vacibdir. Bu ölkələrin bazarlarına girmək istəyən hər hansı bir ərzaq istehsalçısı mütləq bu sistemə malik olmalıdır.
Təlim zamanı bildirilib ki, ərzaq məhsullarının keyfiyyəti, qəbulu, saxlanması və daşınması insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə cavab verməlidir.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas işi kənd təsərrüfatı və ərzaq məhsullarını yerli qida istehsalçılarından dövlət vəsaiti hesabına almaq, saxlamaq və bu məhsullarla satınalan özəl müəssisə və dövlət təşkilatlarını təchiz etməkdir. ATT-nin fəaliyyətində anbar, loqistika və qida təhlükəsizliyi işinin düzgün təşkili və standartlara uyğunluğu prioritet istiqamətdir. Göstərilən xidmət səviyyəsinin daha da artırılması və ölkə vətəndaşlarının təhlükəsiz qida məhsulları ilə təmin olunmasının davamlılığını təmin etmək məqsədi ilə bu təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026