Gəncə məktəbliləri tez-tez Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) gəlir, ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar. Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır.
\"Aqrar təhsilin təbliği\" layihəsi çərçivəsində ADAU-nun növbəti qonaqları şəhər 9 və 11 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər.
Aqrar İnkişaf Könüllüləri onlara universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar veriblər. Şagirdlər anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. ADAU-nun tələbə evlərindən başlanan ekskursiya zamanı universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.
Bu ekskursiyalar vasitəsilə şagirdlər həm də erkən vaxtlardan ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə özündə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026