Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. AXA-dan bildirilib ki, bəzən fermerlər və mexanizatorlar rayon, kənddaxili yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdlik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar. “Təəssüf ki, belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur”, - deyə AXA-dan bildirilib və mütəmadi reydlərdə belə halların qarşısının alındığı qeyd edilib.
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarətin təşkili üzrə əməkdaşları Gəncə şəhəri və Göygöl rayonları ərazisində keçirdikləri reyd zamanı texniki baxışa təqdim olunmayan 2 traktor sürücüsünü saxlayıb, inzibati protokol tərtib ediblər. Bundan başqa, sürücülük vəsiqəsi olmadan texnika idarə edən 2 sürücü saxlanılıb, texnikanın hərəkəti dayandırılıb. Həmçinin, dövlət qeydiyyat nişanlarını gizlədən sürücülərə də xəbərdarlıq edilib və dövlət qeydiyyat nişanları zavod tərəfindən təyin olunan yerə bərkidilib.
Aqrar Xidmətlər Agentliyi texnika sahiblərinə və sürücülərinə bildirir ki, “Yol Hərəkəti Haqqında Qanun”una uyğun olaraq, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026