• Ana səhifə
  • Xəbərlər
  • Aqrar Xidmətlər  Agentliyində baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr ed...
Aqrar Xidmətlər  Agentliyində baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

İyulun 3-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) Agentliyin və onun tabeliyində olan rayon(şəhər) baytarlıq idarələri rəhbərlərinin iştirakı ilə baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, bu gün qarşıda duran ən vacib məsələ ölkədə epizootik sabitliyin qorunub saxlanılması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır. Agentliyin öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməsindən danışan agentliyin sərdi bildirib ki, kənd təsərrüfatının intensiv inkişafı, aqrar xidmətlərlə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir. İşdə dönüşə nail olmaq, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək və onların qarşılaşdığı problemləri həll etməkdir. Həmçinin fəaliyyətə başlayan Aqrar Xidmətlər Agentliyinin səmərəliliyi artırmaq məqsədi ilə daim fermerlərin yanında olmaqla bu sahədə təbliğat-təşviqat işlərində dönüşə nail olmağın vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən sədr müavini Bayandur Rzayev verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun vaxtında aparılması və əhalinin heyvan xəstəliklərinə qarşı peyvəndləmələrin aparılması üçün maarifləndirmə işlərinin artırılmasının vacibliyini qeyd edib. Həmçinin bildirib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında aqrar xidmətlər sahəsində görülən işlərin təbliğ-təşviqı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı və lazımi tədbirlər görülməlidir.

Tədbirdə rayon baytarlıq idarələri rəhbərlərinin məlumatları dinlənilib.

Tədbirə yekun vuran Seymur Mövlayev rayon(şəhər) baytarlıq idarələrinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, xidmət  sahəsində bilik və bacarıqlarını artırmalarını, tez-tez fermalarda, heyvan sahibləri ilə sıx əlaqədə olmalarını, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etmələrini diqqətə çatdıraraq respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və tövsiyələrini verib.