Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional bölmələrinə yeni təyin edilmiş rəhbər və mütəxəssislərlə görüş keçirilib.
Görüşdə sədr Seymur Mövlayev işə qəbul olunan əməkdaşları təbrik edərək, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Bildirib ki, yeni regional mərkəzlərin yaradılmasında əsas məqsəd işlərin səmərəliliyini, operativliyini və effektivliyini artırmaq, idarəetmə sistemini təkmilləşdirmək, yaranmış problemlərin operativ həllini təmin etmək, region üzrə vahid çevik idarəetmə sistemini yaratmaqdan ibarətdir. Həmçinin, S.Mövlayev qeyd edib ki, AXA-nın fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu hədəflərə nail olmaq üçün yeni yaranmış regional mərkəzlərdə çalışan rəhbər və mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayaraq, innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. Son illər aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar, yeni yanaşmalar barədə məlumat verən S.Mövlayev regional mərkəzlərə təyin olunmuş rəhbər və mütəxəssislərin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vahabzadə təqdimatla çıxış edərək mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Yeni təyin olunmuş rəhbər və mütəxəssislər çıxış edərək göstərilən etimadı doğruldacaqlarını və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
Tədbirin sonunda S. Mövlayev yeni təyin olunmuş heyətə mövcud olan çatışmazlıqların qısa zamanda aradan qaldırılması və bununla bağlı təkliflərin hazırlanıb təqdim olunması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026