Qusar rayonunda tərəvəzçiliklə məşğul olan fermer və sahibkarlara “Tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri ilə mübarizə və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları”na dair təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssislərinin, bölgə fermerlərinin və sahibkarların iştirak etdiyi tədbirdə AXA-nın Respublika Bitki Mühafizəsi Mərkəzinin şöbə müdiri Allahverdi Mustafayev tərəvəz bitkilərinin, xüsusilə pomidorun əsas xəstəlik və zərərvericiləri ilə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi kimi prioritet mövzular üzrə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar tarla şəraitində pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində, eləcə də təbii mühitin zəhərli kimyəvi maddələrdən qorunması mövzusunda təlimlər keçirilməsinin vacibliyi bildirilib.
Sonda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026