Epizootik vəziyyətlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Bayandur Rzayev Quba rayonunun ən yüksək yaşayış məntəqələrindən biri olan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndində olub. O, heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrlə maraqlanıb, fermer və heyvan sahibləri ilə görüşüb.
Sədr müavini Xınalığın yaylaqlarında saxlanılan heyvan sürülərinə baş çəkərək heyvanlara kliniki baxış keçirib və heyvanların sağlamlıq durumu ilə maraqlanıb.
Agentliyin sədr müavininə kəndin təsərrüfatlarında görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Xınalıq kəndində və onun yaylaqlarında Quba rayonuna məxsus heyvanlarla yanaşı, digər bölgələrin heyvan sürüləri də saxlanılır. Sürülər yaylaqlara aparılmazdan əvvəl rayon baytarlıq idarəsi tərəfindən yaradılan həkim briqadaları heyvanları kliniki müayinədən keçirib, obalar və yataq yerlərində dezinfeksiya işləri aparılıb. Eləcə də qeyd edilib ki, tez-tez yaylaqlarda səyyar baytarlıq xidməti təşkil edilir.
Bayandur Rzayev fermer və təsərrüfat sahiblərinin müraciət, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.
Sədr müavini bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.
Bayandur Rzayev cari ildə alınıb gətirilən peyvəndlərin keyfiyyəti, baytarlıq işinin təşkili barədə ətraflı məlumat verib. Həmçinin, Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək şəffaf formada, çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşlərdə Agentlik tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyünü bildirilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026