Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən yaylaqlara köç edən və qayıdan, eləcə də yaylaq və qışlaqlarda olan fermer təsərrüfatları üçün səyyar baytarlıq xidməti təşkil edilir.
Səyyar baytarlıq xidmətinin əsas məqsədi, heyvanların və quşların sağlamlıq durumunun müəyyənləşdirilməsi, lazım gəldiyi təqdirdə çimizdirilməsi, ilkin baytarlıq yardımlarının göstərilməsi, heyvan sahibləri arasında maariflənmə işinin təşkili, sahibkarlara, çobanlara və naxırçılara tövsiyələrin verilməsidir.
AXA-nın mütəxəssisləri tərəfindən fermerlərə heyvanların mövsümə uyğun xəstəliklərdən qorunması, saxlanması və otarılmasına dair müvafiq məsləhətlər verilir, heyvan xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları göstərilir. Eləcə də zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrasının zəruriliyi, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər izah olunur. Xidmət çərçivəsində yerli baytar həkimləri ilə də görüşlər keçirilir və onlara yeni müalicə üsulları barədə məlumat verilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026