Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı ilə baş tutan “AQRO Sosial Media Marketinq - AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Ölkə Prezidenti tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, gənclərə aqrar sahədə yaradılan şəraitdən bəhrələnmək tövsiyə edilib.
Daha sonra “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə layihəyə 500-ə qədər gəncin müraciət etdiyini, onlardan 30 namizədin müsahibələrdən sonra layihədə iştirak haqqı qazandığını qeyd edib. Təşkilat sədri layihənin gənclərin aqrar sahə üzrə sosial media, marketinq ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərdən ibarət 16 peşəkar təlimçi - Pərviz Əliyev “Aqrar İqtisadiyyat”, Leyla Məmmədova “Aqrar marketinq”, İlqar Abdullayev “Heyvandarlıq”, Emin Musəvi “Medianın biznes tərəfi”, Elməddin Namazov “Bitkiçilik”, Nadir Adilov “Aqrar Biznesdə Sosial Məsuliyyət”, Afət Yaqubova “Kənd təsərrüfatında sosial medianın rolu”, Bəhruz Nuriyev “Torpaqdan istifadə”, Rizvan Qənbərli “Klassik mediadan yeni mediaya”, Turanə Qasımova “Özünü məşğuliyyətdən biznesə”, Rafiq Hünaltay “Böhran dövründə marketinq strategiyası”, Rəşad Bayramov “Effektiv kommunikasiya və marketinq kommunikasiyası”, Hacıağa Əliyev “Sosial mediadan istifadə”, Aysel Cəbrayılova “Rəqəmsal marketinqdə optimal həllər” və Firdovsi Fikrətzadə “Aqromarketinqin informasiya bazaları“ mövzularında iştirakçılara interaktiv təlimlər keçiblər.
Bununla yanaşı, layihə iştirakçıları üçün ölkənin 4 bölgəsində müxtəlif aqrar müəssisələrə ekskursiyalar təşkil edilib, gənclərə aqrar istehsalat proseslərini əyani görmələri üçün şərait yaradılıb, onlara geniş informasiyalar verilib.
Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib, qalib komanda üzvləri isə mükafatlandırlıblar.
Qeyd edək ki, “AQRO SMM” ölkəmizdə sosial media marketinqin aqrar sahədə tətbiqi istiqamətində keçirilən ilk layihədir.
“Üzümçülük və şərabçılıq məhsulları” üzrə Texniki Komitənin növbəti iclası keçirilib
23 May 2022
Müasir Suvarma Sistemlərinin tətbiqi üzrə təlim proqramı baş tutub
20 May 2022
“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda müzakirələr aparılıb
19 May 2022
Belarus Respublikasının Baş naziri Roman Qolovçenko “Caspian Agro 2022” sərgisini ziyarət edib
19 May 2022
“Caspian Agro 2022” çərçivəsində İsraildə 11 aylıq aqrar təcrübə keçəcək mütəxəssilərlə görüş keçirilib
19 May 2022