Aqrokadr.az karyera portalı işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarını genişləndirəcək
Kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapması üçün yeni sayt yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan aqrokadr.az karyera portalında aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “Namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər portalı aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi adlandırıblar. Türkiyəli sahibkar Bilal Dündar çıxış edərək Azərbaycanın aqrar mütəxəssisləri öz ölkəsində işləməyə dəvət edib, bunun üçün rəhbərlik etdiyi müəssisədə mövcud olan vakansiyaların aqrokadr.az portalında yerləşdirilməsini təklif edib.
Daha sonra aqrokadr.az saytı ilə bağlı praktiki təqdimat olub. İştirakçılara məlumat verilib ki, portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, Təhsil sektorunun müdiri Emin Əliyev qeyd edib ki, aqrokadr.az saytı aqrar sahədə çalışan, təhsil alan və ixtisaslaşan mütəxəssislərlə aqrar müəssisələr arasında körpü rolunu oynayacaq. O, portalın üç prinsip operativlik - imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq - karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq - fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma ilə fəaliyyət göstərəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
07 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
07 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
07 Avqust 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qaxda vətəndaşlarla görüşüb
07 Avqust 2026
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026