“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər işçisi “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində avqustun 25-də saat 11:00-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüş keçirəcək.
Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 2871212 və ya +94450 2874244) müraciət edə bilərlər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026