Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin tərəfdaşlığı ilə “Aqrovoltaika” layihəsi çərçivəsində “Azərbaycanda aqrovoltaika texnologiyasının istifadə perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Samux rayonunun Sarıqamış kəndində Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər və fermerlərin iştirakı ilə səpin sahəsinə baxış keçirilib.
Tədbirdə qeyd olunub ki, bu texnologiyanın kənd təsərrüfatına yararlı torpaqları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Aqrar İnnovasiya Mərkəzi tərəfindən sözügedən pilot layihənin əsas məqsədinin vahid sahədə alternativ enerji istehsalının, kənd təsərrüfatı bitkilərinin əkinindən və məhsul istehsalının təşkilindən ibarət olduğu bildirilib. Qeyd edək ki, günəş panelləri ilə əhatə olunmuş 3 hektarlıq ərazinin 1.2 hektarı panellər altında istifadəsiz qalmış əkinə yararlı torpaq sahəsidir. İlkin mərhələdə aqrotexniki qulluq işləri həyata keçirilmiş panellərarası sahədə noxud, soğan, mətbəx çuğunduru, yerkökü kimi tərəvəzlərin səpini həyata keçirilib. Sonrakı mərhələdə isə şəkər çuğunduru, pomidor, badımcan kimi bir sıra tərəvəz bitkilərinin əkini nəzərdə tutulur.
Layihə çərçivəsində qarşıya qoyulan məqsədə nail olunmasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri yaxından iştirak ediblər.
Nazir Məcnun Məmmədov “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
25 Sentyabr 2026
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
25 Sentyabr 2026
Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
25 Sentyabr 2026
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
25 Sentyabr 2026
Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
25 Sentyabr 2026