Astara və Masallı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində və tarla şəraitində “Çəltik bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Astara və Masallı rayonlarında çəltikçiliklə məşğul olan fermerlər iştirak edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov, kafedranın dosenti Vusal Məmmədov və assistent Sahil Quliyev təlim iştirakçılarına çəltik bitkisinə aqotexniki qulluq işləri və bu zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tövsiyə veriblər.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026