Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Astara rayon Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən sitrus bağlarında son həftə ərzində 161 hektar sahədə müşahidələr aparılıb, 75 hektarda karantin zərərvericilər olan sitrus ağqanadlısı, lağımlayıcı sitrus güvəsi və karantin yastıcılara rast gəlinib. Sirayətlənmiş 63 hektar sahədə kimyəvi mübarizə tədbiri həyata kecirilib və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki sitrus ağqanadlısı karantin zərərvericisi respublikanın Astara və Lənkəran rayonlarında müşahidə olunur. Zərərvericilərin süfrələri həmişəyaşıl bitkilərin yarpaqlarında qışlayır. Süfrələr yazda inkişafını başa çatdırır, yetkin hala kecir və cavan yarpaqların alt səthinə tək-tək və qrup halında 60-170 ədəd yumurta qoyur. Təxminən 6-7 gündən sonra yumurtalardan süfrələr cıxır. Onlar üç dəfə qabıq dəyişir və nimfalara çevrilir. Mühit amillərindən asılı olaraq süfrələrin inkişafı 25-30 gün, nimfaların inkişafı isə 15 günə başa catırr. Bu zərərverici əsasən limon, naringi, portağal, çay, xurma, qreyfurut, dəfnə bitkilərinə ziyan vurur.
Mübarizə tədbirləri zamanı karantin tədbirlərə əməl edilməli, zərərvericilərin yayıldığı mənbədən qonşu regionlara agac tinglərinin və qələmlərin aparılması qadağan olunmalıdır. Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlərin biri ilə - “Bi-58 novıy”, (0.7-1,5 l/ha), avirmek (0,25 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. aparılmalıdır.
Sitrus bağlarında hal-hazırda mübarizə tədbirləri davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026