Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Şəmkirdə, Tovuzda fermerlərə təlimlər keçirilir. Şəmkir və Tovuzda qoyunçuluqla məşğul olan bir qrup fermer üçün “Xırdabuynuzlu heyvanların çiçək xəstəliynin profilaktikası və mübarizə tədbirləri” mövzusunda, praktiki təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyinin Şəmkir Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Qasımovun rəhbərliyi ilə baş tutan təlimdə xırdabuynuzlu heyvanlarının çiçək xəstəliyinin kliniki əlamətləri, təsərrüfata verdiyi ziyanlar, xəstəlik əleyhinə aparılan profilaktika və müalicə tədbirləri haqqında ətraflı məlumat verilib.
Tovuzda 21 nəfərin iştiraki ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz Rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov xırdabuynuzlu heyvanlar arasında baş verən xüsusi təhlükəli xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Bu xəstəliyin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər.
Təlimdə fermerlərə xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda yoluxucu xəstəliklərin baş verməməsi üçün dövlət tərəfindən verilən peyvəndlərin vurulmasından yayınmaması, təsərrüfatda tez-tez dezinfeksiya işlərinin aparılması və xəstəlik halları baş verərsə, mütəmadi olaraq baytarlıq idarəsi ilə əlaqə saxlamaları tövsiyə edilib.
Tədbirdə həmçinin çiçək xəstəliyi barədə ətraflı danışılıb. Xəstəliyin yoluxma və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu bir daha vurğulanıb. Həmçinin qeyd edilib ki, cari il ərzində Tovuz rayonunda 229988 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Həmçinin qeyd edilib ki, cari il ərzində Tovuz rayonunda 229988 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026