Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisinin dəvəti ilə Bakıda səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Nazirliyin tabeli qurumları “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd 5-23 avqust tarixlərində ölkəmizdə səfərdə olan Koreya nümayəndə heyətinin səfərinin yekunlarını müzakirə etmək olub.
Görüşdə qeyd olunub ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə KOICA arasında uzunmüddətli əməkdaşlığın təməlinin qoyulduğu bu səfər zamanı Koreya nümayəndə heyəti tərəfindən Azərbaycanın kənd təsərrüfatı sektoru və mövcud bazar vəziyyəti ilə bağlı təhlillər aparılıb, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları araşdırılıb. Görüş zamanı koreyalı mütəxəssislər müşahidə və araşdırmalarının nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Əldə olunan ilkin razılığa əsasən 2021-ci ildən etibarən uzunmüddətli və birgə layihəyə start veriləcək. Ölkəmizdə çəltikçiliyin inkişafına xidmət edəcək layihə çərçivəsində çəltikçilik kooperativlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ölkəmizdə olduqları müddətdə koreyalı mütəxəssislər cənub bölgəsinə səfər edib, Lənkərandakı çəltik tarlalarına baş çəkib, düyünün becərilməsi və istehsal prosesi ilə yerində tanış olublar.
Düyü istehsalında uzunmüddətli təcrübəsi olan Koreya ilə əməkdaşlıq ölkəmizdə bu sektorun inkişafı üçün yeni imkanlar yaradacaq. Həmçinin, fermerlərdən ibarət kooperativlərin yaradılması və inkişaf etdirilməsində Koreya təcrübəsindən faydalanmaq regionlarda yaşayan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə görülən işləri sürətləndirəcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026