Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Fransa-Azərbaycan Biznes Şurası və ölkəmizin Fransadakı səfirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq mövzusunda onlayn görüş keçirilib.
Onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, “MEDEF International”ın icraçı direktoru Filip Gautier, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, “MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin direktoru Boqdan-Qaden-Firçak, Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, eləcə də hər iki ölkədən 34 şirkətin rəhbəri iştirak edib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsindən söz açaraq kənd təsərrüfatının, aqro sənayenin prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Səfir qeyri-neft sektorunun inkişafına verilən önəmdən, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin geniş potensialından danışıb.
Onlayn görüşdə postpandemiya dövrü və iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın aqrar və aqro-ərzaq sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, onlayn görüş Fransanın kənd təsərrüfatı sahəsində qida məhsulları və texnikalarının beynəlxalq mübadiləsinin inkişafı üzrə ən böyük assosiasiyasının (ADEPTA) və “MEDEF International” Fransa-Azərbaycan Sahibkarlar Şurasının əməkdaşlarının Bakıya son səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə qurulan əlaqələrin davamı kimi təşkil olunub.
Xatırladaq ki, “MEDEF International” Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. ““MEDEF International” Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində Azərbaycan bazarı ilə maraqlanan fransız şirkətlərinə yüksəksəviyyəli, imtiyazlı platforma, məlumat və kollektiv dəstək təklif edir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026