İqtisadi Əməkdaşlıq Təşkilatının Toxum Assosiasiyasının (ECOSA) təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində VII ECO Regional Toxum Ticarəti Konqresi keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Zamil Həsənov, Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti söbəsinin müdir müavini Xaqani Məmmədov, Bitki sortlarının qeydiyyatı sektorunun müdiri Afaq Abbasova, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma mərkəzinin direktor müavini Xaliq Babayev iştirak ediblər.
Konqrensin əsas məqsədi ECO regionunda toxum ticarətini araşdırmaq və təşviq etmək, həmçinin toxum ticarəti siyasəti, toxum keyfiyyətinin standartları, qeydiyyat və qanunvericilik kimi mövzuları müzakirə etməkdir.
Tədbirdə təqdimatla çıxış edən AXA-nın sədr müavini Zamil Həsənov, ölkəmizdə bitki sortlarının qeydiyyatı və toxum sertifikatlaşdirma prosesi barədə ətraflı məlumat verib. Tədbir cərcivəsində Azərbaycan nümayəndə heyəti bir neçə ölkə, o cümlədən İran və Türkiyə numayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə gələcəkdə bu sahədə təcrübə mübadiləsinin aparılması barədə müzakirələr aparılıb.
İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
06 Iyun 2026
Nazir Məcnun Məmmədov İstanbulda “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı nazirlərinin yüksək səviyyəli toplantısında çıxış edib
06 Iyun 2026
Aqrar Sığorta Fondu təsərrüfatlara dəyən zərərləri qiymətləndirir
05 Iyun 2026
Aqrar Kredit və İnkişaf Agentliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
05 Iyun 2026
Aqrar sahədə yeni Dövlət Proqramına həsr olunmuş mətbuat konfransı keçirilib
04 Iyun 2026