Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlərin Atlası” elektron formatda www.pest-atlas.az saytı kimi istifadəyə verilib.
Atlasdan karantin müfəttişləri ilə yanaşı, həm də elm adamları, müəllimlər, tələbələr, idxal və ixracla məşğul olan sahibkarlar və bu sahəyə marağı olan müxtəlif şəxslər istifadə edə bilərlər.
Saytda atlas kitab kimi yerləşməklə yanaşı, axtarış bölməsi də mövcuddur. Hər hansı zərərli orqanizmlə maraqlanan şəxs axtarış bölməsinə yazmaqla, bu barədə atlasdan məlumatı tapa bilər. Bundan əlavə, bitki mühafizəsi, zərərvericilər və onlara qarşı mübarizə ilə bağlı müxtəlif mövzularda yazılı və videomateriallar saytda yerləşdirilib. Sayt mütəmadi olaraq yenilənərək, öz izləyicilərini yeni məlumatlarla təmin edəcək.
Atlasda ölkənin florası, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkiləri üçün təhlükəli hesab edilən, eyni zamanda xarici və daxili karantin tətbiq olunan ziyanverici orqanizmlər haqqında həm illüstrativ, həm də icmal xarakterli məlumatlar öz əksini tapıb. Kitab Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, habelə karantin tətbiq olunan zərərli orqanizmlərin siyahısına əsasən hazırlanıb.
Ölkənin müxtəlif qurumlarından cəlb edilmiş mütəxəssislərin əməyi nəticəsində hazırlanmış atlasda Azərbaycanda ilk dəfə olaraq müxtəlif bölmələrə aid (zərərverici həşəratlar, göbələklər, bakteriyalar, viruslar, nematodlar və alaq otları) karantin əhəmiyyətli ziyanlı orqanizmlər bir yerə toplanaraq, oxuculara təqdim olunur.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026