Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri Qırğızıstanda səfərdə olub. Səfərdə əsas məqsəd iki ölkə arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə etməkdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Qırğızıstanın kənd təsərrüfatı nazirinin müavini Murat Baydıldaev və bu ölkənin aqrar şirkətlərinin təmsilçiləri arasında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycanın aqrar sahədə təcrübəsi böyük maraqla qarşılanıb. Şirkətlər arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixarcı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, Azərbaycanda hazırda ən müasir üsullarla ting istehsal edilir.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
15 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023