Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə Tacikistanın ölkəmizdə səfərdə olan aqrobiznes strukturlarının nümayəndələrindən ibarət heyət arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın Xudjand şəhərinin rəhbəri Maqruf Muhammadzoda və nümayəndə heyətinin üzvləri iştirak edib.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin aqrar sahədə fəaliyyət göstərən sahibkarları və kənd təsərrüfatı məhsulları istehsalçıları arasında sıx münasibətlərin qurulması prioritet məqsədlərdəndir.
Son illərdə Azərbaycanın kənd təsərrüfatında davamlı iqtisadi artım tempini müşahidə etdiklərini deyən Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026