Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.
Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29175 hektar sahədə şum aparılıb. Füzuli (95,7%), Xocavənd (92,9%), Salyan (92,1%), Bərdə (89,9%), Qobustan (89,9%), Oğuz (88,8%), Kürdəmir (88,5%), İmişli (87,8%), Goranboy (85,5%), Ağstafa (84,2%), Sabirabad (82,6%), Şəmkir (82,5%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026