Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır. Strategiya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinə əsasən hazırlanır.
Layihəyə çərçivəsində 2 regionda – Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: “Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın”.
Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihə ilə bağlı gözləntinin Azərbaycanda aqrar məsləhət xidməti üçün yerli şəraitə uyğun bir sistem yaradılması olduğunu bildirib: “Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək”.
Qeyd edək ki, Layihənin İdarə Heyətinin iclasında 2 pilot regionda və hədəf regionu kimi seçilmiş Lənkəran iqtisadi rayonunda 700 nəfərdən artıq fermer arasında aqrar məsləhət xidmətləri barədə götürülmüş sorğunun nəticələri müzakirə olunub. Bildirilib ki, inkişaf etmiş ölkələrin aqrar məsləhət xidməti modelləri pilot olaraq seçildikdə bu sorğuların nəticələrinə uyğun olaraq lokallaşdırılacaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026