Ölkədə ilk dəfə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil aqrar sığorta ekspertlərinin hazırlanmasına başlanılıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin məşhur TARSİM sisteminin təcrübəsi əsasında yaradılıb və burada aqrar sığorta ekspertləri mühüm yer tuturlar. Ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, riskləri qiymətləndirir, eləcə də sığorta hadisəsi baş verərkən araşdırma aparır və fermerlərə dəyən zərəri hesablayırlar.
Aqrar sığorta eksperti xidmətləri ödənişlidir – onlar göstərdikləri xidmətlərin müqabilində Aqrar Sığorta Fondundan ödəniş alırlar. Ödənişin məbləği həyata keçirilən xidmətin həcminə uyğun hesablanır və göstərilən ixtisasların sahibləri üçün olduqca uyğun səviyyədədir. Bundan başqa, aqrar sığorta ekspertlərinə təsərrüfatlara səfərlər üçün yol xərci də ödənilir. Qeyd edək ki, aqrar sığorta ekspertləri bu fəaliyyətlə, öz əsas işlərindən ayrılmadan, əlavə xidmət kimi məşğul ola bilərlər. Bu da sözügedən ixtisas sahibləri üçün əlavə gəlir imkanı yaradır.
Aqrar sığorta eksperti peşəsinə yiyələnmək üçün baytar, zootexnik, aqronom, akvakultura və əlaqəli ixtisasların sahibləri Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarında iştirak etməli və Aqrar Sığorta Fondunda müvafiq təlimləri keçməlidirlər. Bu mərhələləri uğurla başa vuranlar Dövlət İmtahan Mərkəzindən müvafiq sertifikat alaraq fəaliyyətə başlaya bilərlər.
Artıq aqrar sığorta ekspertlərinin ilk qrupu müvafiq mərhələlərdən keçərək fəaliyyətə başlamağa hazırdırlar.
Hazırda isə aqrar sığorta ekspertlərinin hazırlanması üçün növbəti imtahan elan edilib. İmtahanlarda iştirak etmək istəyənlər Dövlət İmtahan Mərkəzinə müraciət etməklə qeydiyatdan keçə bilərlər.
Növbəti ekspertlər qrupunun hazırlanması üçün ilk imtahan iyunun 5-də keçiriləcək. İmtahana qeydiyyat mayın 31-dək davam edəcək.
Aqrar sığorta ekspertləri üçün imtahana qeydiyyat (https://eservices.dim.gov.az/elimt/AqroSigTest) üzərindən həyata keçirilir.
İmtahan barədə geniş məlumatı (http://dim.gov.az/news/6454/) ünvanından almaq olar.
İmtahanın əhatə etdiyi mövzularla (http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) tanış olmaq mümkündür.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026