Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 10-na olan operativ məlumata görə, ölkə ərazisində 181486 hektar ərazidə taxıl biçini aparılıb, 171231,7 hektar ərazidə arpa, 10254,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 528743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28645 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 706-sı “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 110977,6 hektar sahə biçilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026