Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 18-nə olan operativ məlumata görə, ölkə ərazisində 392451,4 hektar ərazidə taxıl biçini aparılıb, 262477,1 hektar ərazidə arpa, 129974,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1210443 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,8 sentner təşkil edir.
Bərdə, Zərdab və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29590 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9565 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026