Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 29-na olan operativ məlumata görə, ölkə ərazisində 740090 hektar ərazidə taxıl biçini aparılıb, 315978,4 hektar ərazidə arpa, 424141,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2380085 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,2 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli, Masallı və Xızı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Goranboy Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11630 hektar sahənin 11515 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,1 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Ağsu rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026