Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 772024,6 hektar ərazidə taxıl biçini aparılıb, 319131 hektar ərazidə arpa, 452893,5 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2482528,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.
Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax və Zərdabda taxıl biçini başa çatıb. Ağdaş, Ucar, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı artıq biçilib, buğda əkilmiş 8740 hektar sahənin 8628 hektarı artıq biçilib. Rayonda arpa və buğda üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 1339 hektarı artıq biçilib, buğda əkilmiş 8235 hektar sahənin 8205 hektarı artıq biçilib. Ağdaş, Ağcabədi, Beyləqan, Füzuli, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026