Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində Abşeron rayonlararası bioloji laboratoriyasında istehsal olunmuş trixoqramma tüfeyli həşaratının istixana şəraitində yetişdirilən pomidor bitkisinə tətbiqinin təqdimatı keçirilib.
Təqdimatın həyata keçirilməsində əsas məqsəd ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün bitki zərərvericilərinə qarşı bioloji mübarizə üsullarından olan entomofoqların tətbiqinin vacibliyini göstərmək, bu üsulun fermerlər üçün daha sərfəli olduğunu ictimaiyyətə çatdırmaq və maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Təqdimat zamanı zərərsiz tüfeyli həşəratlar qrupuna aid olan bu həşəratın ilk dəfə istixana şəraitində yetişdirilən pomidor sahəsinə tətbiqi həyata keçirilib. Belə ki, pomidor güvəsinin və sovkaların yumurtalarının sirayətlənmə dərəcəsi müəyyənləşdirilib, istixana şəraitində trixoqramma tüfeylisinin mübarizə tədbirləri sisteminə əlavə olunması imkanları qiymətləndirilib.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır. Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üc dəfə trixoqramma buraxılması nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun pambıq, qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin miqdarının azalması, məhsulun maya dəyərinin aşagı düşməsi, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.
Biloji mübarizə üsulundan istifadə etmək istəyən fermerlər trixoqrammadan heç bir vəsait ödəmədən əldə etmək üçün müvafiq rayon Dövlət Aqrar İnkşaf mərkəzlərinə (DAİM), eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026