Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması üzərində tədqiqat işlərinə başlanılıb.
İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirib ki, bitkilərin bu üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.
Tədqiqat işlərinin ilkin müsbət nəticələri əldə olunub. Planlaşmaya görə əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı daha davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha da yüksək olması gözlənilir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyevin sözlərinə görə xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.
Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib
16 Sentyabr 2026
Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr 2026
Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
15 Sentyabr 2026
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
15 Sentyabr 2026
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
15 Sentyabr 2026