Azərbaycanda ilk dəfə Ağcəbədi rayonunda “Adasa 16” adlı hibrid qarğıdalı toxumu istehsalına başlanılıb. Aqrar Xidmətlər Agentliyindən (AXA) verilən məlumata görə, “Adasa 16” hibridini əldə etmək məqsədilə 3 hektar ərazidə valideyn xətlər (ana xətt ADK 455 və ata xətt Çukurova 96/25) əkilib.
Bu qarğıdalı hibridinin yarpaqları dik və genişdir. Dənləri sarı at dişi formasındadır. Yağ həcmi 4.59 faiz, protein həcmi 8.13 faiz, nişasta həcmi isə 61.11 faizdir. Sınaqlarda əldə olunan nəticələrə görə, 1 hektardan 12000-17360 kq məhsul almaq mümkündür. Yaşıl kütlə olaraq, birinci səpində bir hektardan 50-78 ton məhsuldarlıq əldə etmək mümkündür. Bu da heyvandarlıq sahəsində istifadə olunan lazımlı silos kütləsinin daha az hektar sahədən təmin olunmasına gətirib cıxaracaq.
“Adasa 16” hibridinin Azərbaycanda istehsalı məhsuldarlığın daha da artmasına səbəb olacaq, valyutanın xaricə çıxmasının qarşısını almaqla ölkə iqtisadiyyatına töfhə verəcək.
Qeyd edək ki, “Azera Toxumçuluq” MMC ölkədə ilk dəfə olaraq yerli hibrid qarğıdalı toxumu istehsal etmək məqsədi ilə 2018-ci ildə fəaliyyətə başlayıb. Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə qeydiyyata alınmış “Adasa 16” qarğıdalı hibridinin müəllif hüquqları satın alınaraq Ağcəbədi rayonunda hibrid qarğıdalı toxumu istehsalına başlanılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026