Azərbaycan Respublikasında payızlıq əkin sahələrinin şumlanması həyata keçirilir.
61 rayon üzrə ümumilikdə 565577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7715 hektar çoxdur. Belə ki, 2019-cu ildə 557862 hektar sahədə şum aparılıb. Bu il ümumilikdə 1 118 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır. Bu il şumlanan əkin sahələri respublikada mövcud olan sahələrin 50,6 faizini təşkil edir.
Qeyd edək ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti hər zaman fermerlərimizin yanında olaraq, onların şum, əkin və biçin zamanı texnika ilə təmin olunmasında yaxından iştirak edir. Cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədi rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesində əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub. Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonlarını əhatə edib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026