Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bir sıra bank və kredit təşkilatlarının nümayəndələrinin Türkiyəyə təcrübə səfərini təşkil edib.
Səfər Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” (AzAFF) layihəsi çərçivəsində baş tutub. Məqsəd AKİA-nın müvəkkil kredit təşkilatlarının və Azərbaycanın digər önəmli kredit təşkilatlarının mütəxəssislərinə Türkiyədəki kənd təsərrüfatı maliyyə bazarları haqqında məlumat vermək və onların Mərkəzləşdirilmiş Kənd Təsərrüfatı Kredit Qiymətləndirilməsi Sistemi haqqında praktik biliklər əldə etməsinə dəstək verməkdir.
Səfər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, bu ölkənin əsas kredit təşkilatları ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan nümayəndə heyətinə Türkiyədə hal-hazırda kənd təsərrüfatl sahəsində görülən işlər haqqında məlumat verilib. 3 günlük səfər müddətində Azərbaycanın kredit mütəxəssisləri fermer təsərrüfatları ilə tanış olublar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026