Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə özəl baytarlıq xidmətinə keçid prosesinə start verilib. Hazırda baytar həkimlərin özəl xidmət fəaliyyətinə hazırlanması istiqamətində müvafiq işlər görülür.
Hazırda bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində cari ilin 1-31 iyul tarixlərində nazirliyin 10 əməkdaşı Türkiyədə təlimə göndərilib.
AKİA-dan verilən məlumata görə təlim müddətində diaqnostik kabinetlərdə 4 istiqamət (toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji) üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi və sonrakı mərhələdə lazımi profilaktik tədbirlərin görülməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.
Türkiyədə təşkil olunan bu təlimlər əməkdaşların bilik və bacarıqlarını artırmaqla, fermerlərn müraciətlərinə uyğun heyvan və heyvan mənşəli məhsulların laborator analizlərinin mümkün qısa müddət ərzində aparılmasına və dəqiq diaqnoz müəyyənləşdirməyə imkan yaradacaq. Təlimi başa vuran mütəxəssislər Azərbaycana qayıtdıqdan sonra qazandıqları bilik və bacarıqları burada tətbiq edəcəklər. Eyni zamanda, bu təlimlər ölkədə heyvandarlığın inkişafına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026