Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax təşkil ediləcək.
Səyyar satışlar:
Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026