Aprelin 3-5-də ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə Çikaqo şəhərində keçirilən birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.
Forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrə, ayın 5-də isə Ayova ştatının “Cinnamon Ridge Farms” fermasına, eləcə də “John Deere” şirkətinin Molin şəhərində yerləşən mənzil-qərargahına səfər edib.
GSI dünyada taxıl silolarını saxlamaq üçün poladdan çənlər istehsal edən ən böyük şirkətdir. İllinoys ştatının Assampşn şəhərində yerləşən GSİ şirkəti dünyanın 70-dən çox ölkəsinə keyfiyyətli avadanlıq və xidmətlər təqdim edir. GSİ şirkətinin rəhbərliyi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti üçün təşkil edilmiş turda şirkətin istehsal həcmi, istehsal olunan avadanlığın keyfiyyəti və xüsusiyyətləri haqqında geniş məlumat verib. Nazir GSI şirkəti tərəfindən təklif edilən məhsullarla və istehsal prosesi ilə yaxından tanış olub.
Ayova ştatında yerləşən və ABŞ-ın kənd təsərrüfatı sahəsində aparıcı fermalarından sayılan “Cinnamon Ridge Farms”a səfər zamanı Azərbaycan nümayəndə heyəti ABŞ-ın fermalarında tətbiq edilən mexanizmlər və istehsalat prosesləri ilə tanış olub. Nümayəndə heyətinin üzvləri fermada işlədilən heyvandarlıq, süni mayalandırma, əkinçilik növləri ilə tanış olub, eləcə də Avropa ilə ABŞ-da tətbiq edilən müqayisəli üsullarla bağlı müzakirələr aparıblar.




“John Deere” korporasiyasının mənzil-qərargahına səfər edən nümayəndə heyəti şirkətin təklif etdiyi kənd təsərrüfatı avadanlığı və xidmətlərlə tanış olub. Səfər çərçivəsində nazir İnam Kərimov şirkət rəhbərliyi ilə görüşüb. Azərbaycanda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi haqqında ətraflı məlumat verən İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı texnikaları bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə danışıb.
Görüşdə “John Deere” şirkəti ilə qarşılıqlı texniki tərəfdaşlığın genişləndirilməsi də müzakirə olunub.
Qeyd edək ki, səfər zamanı kənd təsərrüfatı naziri İnam Kərimovu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov müşayiət ediblər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026