Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Öncə Ulu öndərin xatirəsi bir dəqəqilk sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış Ulu öndər Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar ölkədə iqtisadi tənəzzülün qarşısını almış, iqtisadiyyatı sabitləşdirmiş, əhalinin sosial vəziyyətini yaxşılaşdırmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuş, bütövlükdə müasir Azərbaycanın dinamik və davamlı inkişafının bünövrəsini yaratmışdır. İndi \"Əsrin müqaviləsi\" adı ilə bütün dünyada tanınmış tarixi sənədin imzalanması və uğurla reallaşdırılması böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürlərindən biridir.
Ulu öndərin müəllifi olduğu aqrar islahatlar kursu, kəndlini torpağın əsl mülkiyyətçisinə çevrilməsi, kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunması və digər istiqamətlərdə qərarlar aqrar sahənin inkişafına böyük bir təkan olmuşdur.
Bü gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu öndər Heydər Əliyevin siyasət kursu ölkəmizin regionda lider dövlətə, beynəxalq səviyyəli layihələrin əsas iştirakçısına çevrilməsinə səbəb olmuşdur.
Tədbirdə film nümayiş etdirilmiş, universitetin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Samirə Qasımova, tələblərdən Nurdanə Əhmədova, Aysu Hacıyeva Nərgiz Rəcəbova Ulu öndər Heydər Əliyevin həyat yolu, xalqımızın və dövlətimizin taleyüklü məsələlərinin həllində rolu barədə çıxış etmiş, şeirlər söyləyiblər.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026