Avstriyanın ”SAATBAU“ şirkətinin təşkilatçılığı ilə 27-30 avqust tarixlərində “Beynəlxalq Tarla Günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransa dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri ilə yanaşı Azərbaycandan da nümayəndə heyəti qatılıb. Ölkəmizi bu tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov və özəl toxumculuq şirkətinin nümayəndələri təmsil ediblər.
Tədbirin əsas məqsədi şirkət tərəfindən yaradılmış qarğıdalının sort/hibridlərinin əkin sahələrinə baxış keçirmək, qabaqcıl texnologiyanı öyrənmək, hibrid qarğıdalının alınma metodları ilə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olub. Tədbir çərçivəsində Qaynberq şəhərində yerləşən qarğıdalı istehsalı və toxumçuluğu üzrə ixtisaslaşmış ən müasir modern zavodun, həmçinin Leondunde şəhərində yerləşən “SAATBAU “ şirkətinin toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olub, yeni yaradılmış hibrid qarğıdalının əkin sahələrinə baxış keçirilib.
Tədbirdə “SAATBAU” şirkətinin toxum emalı zavodunun direktoru cənab Fraundorfera qonaqları salamlayaraq müəssisənin əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr, şirkətin seleksiyaçısı cənab Tayxera qarğıdalının sort/hibridlərinin müasir metodlarla yaradılmasına dair təqdimatla çıxış edib. Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra səmərəli görüşlər keçirib, qarğıdalının sort və hibridlərinin yaradılmasında tətbiq olunmuş müasir texnologiyanın ölkəmizdə istifadəsi, şirkətin gələcəkdə Azərbaycanda hibrid qarğıdalı toxumu istehsalının təşkili üçün birgə layihələr həyata keçirilməsi məsələlərini müzakirə edib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026