Ölkəmizdə ilk dəfə olaraq, laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək, onlardan meyvə tinglərinin əldə olunacaq. Dəyər zənciri formasında qurulan istehsalçı-fermer tərəfdaşlığına Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti dəstək verir.
Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılacaq dəyər zənciri Quba rayonunda fəaliyyət göstərəcəkdir. Nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin mənfi təsirlərinə və xəstəliklərə davamlı, intensiv və superintensiv bağçılığın tələblərinə cavab verən meyvə tingləri yetişdirmək və onlardan müasir bağlarının salınmasında istifadə edilməsini genişləndirməkdir. Laboratoriya şəraitində meyvə bitkilərinin calaqaltılarının becərmə texnologiyasını ölkəmizdə də tətbiq etməklə, yerli mühitin iqlim şəraitinə uyğun tinglər əldə edilməsinə nail olunacaqdır.
“Quba rayonunda innovativ üsulla meyvə tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Quba Ting MMC” arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, müəssisə laboratoriya şəraitində calağaltılar yetişdirəcək və bu calağaltılardan “Meyvə tingləri istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin təsərrüfatlarında calaq etməklə meyvə tingləri becəriləcəkdir. Bununla yanaşı, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xətti ilə dəyər zənciri iştirakçılarına calaqaltı istehsalı üçün laboratoriya və istixananın yaradılması, keyfiyyətli meyvə tingi istehsalı üçün yeni kənd təsərrüfatı texnikasının alınması da nəzərdə tutulmuşdur.
Yetişdiriləcək tinglər sahəsində ilkin mərhələdə 50 hektara yaxın meyvə bağınının salınmasında istifadə edilməsi gözlənilir. Eyni zamanda əldə ediləcək tinglər Quba və ətraf rayon fermerlərinə satılmaqla dəyər zənciri həlqəsinin genişləndirilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
16 Iyul 2026
Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb
16 Iyul 2026
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
16 Iyul 2026
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
16 Iyul 2026