Cari ilin aprelin 19-da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri tərəfindən dövlət büdcəsi ayrılan vəsait hesabına aparılan mübarizə tədbirləri nəticəsində bu günə qədər Saatlı rayonu ərazisində 6100 hektar, İmişli rayonu ərazisində 3500 hektar, Biləsuvar rayonu ərazisində 4400 hektar, Sabirabad rayonu ərazisində 1600 hektar, Hacıqabul rayonu ərazisində 200 hektar və Beyləqan rayonu ərazisində 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Bu günə qədər Respublika üzrə ümumilikdə 15900 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir və mübarizədə “Super Alpha 10 ULV” və “Super Alpha 250 EC” tərkibli preparatlardan istifadə edilir.
Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.
Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.
“Üzümçülük və şərabçılıq məhsulları” üzrə Texniki Komitənin növbəti iclası keçirilib
23 May 2022
Müasir Suvarma Sistemlərinin tətbiqi üzrə təlim proqramı baş tutub
20 May 2022
“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda müzakirələr aparılıb
19 May 2022
Belarus Respublikasının Baş naziri Roman Qolovçenko “Caspian Agro 2022” sərgisini ziyarət edib
19 May 2022
“Caspian Agro 2022” çərçivəsində İsraildə 11 aylıq aqrar təcrübə keçəcək mütəxəssilərlə görüş keçirilib
19 May 2022