Bu gün “Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemləri və qarşıda duran vəzifələrə “ həsr olunmuş respublika müşavirəsi keçirilib. Müşavirədə respublikada toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr, toxumçuluğun elmi əsaslarla inkişafı, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, dövlət sort-sınaq məntəqələrində aparılan sınaqlar və onun nəticələrinin təhlili məsələləri müzakirə olunub.
Respublika müşavirəsində Nazirliyin Mərkəzi Aparatının, Dövlət Xidmətinin Mərkəzi və yerli qurumlarının nümayəndələri, özəl və dövlət toxum istehsalçıları iştirak ediblər.
Müşavirədə çıxış edən nazir müavini İlham Quliyev toxumçuluğun inkişafının daim ölkə rəhbərinin diqqətində olduğunu və bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncam və qərarların qəbul olunduğunu nəzərə çatdırıb. O qeyd edib ki, prezidentin müvafiq sərəncamı ilə yaradılan Dövlət Toxum Fondunun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında 5 toxum emalı müəssisəsi istifadəyə veriləcək. Müəssisələrin istehsal gücü saatda 5 tondur. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki) var ki, bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Beyləqan və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Həmçinin Nazir müavini toxumçuluğun inkişafinda yeni yanaşmaları və innovativ texnologiyaların tətbiqini, sort-sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, maddi-texnika bazasını möhkəmləndirməklə ölkənin yüksək keyfiyyətli sertifikatlı toxumla təmin olunmasını əsas hədəf kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı, Toxum üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi İmran Cümşüdov Xidmətin əsas fəaliyyət istiqamətləri, görülmüş işlər, problemlər və qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edərək, toxumçuluğun kənd təsərrüfatının strateji sahələrdən bir olduğunu və Azərbaycanda toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının layihəsi hazırlanmasını və bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sahəsi elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdirilməsini qeyd edib.
Tədbirdə toxumçu fermer Rəcəb Orucov “Özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi”, tingçi fermer, “Red Walley” MMC-nin direktoru Rəşad Şirinov “Yeni yaradılmış nar sortunun dünyada tanıdılması” mövzularında çıxışlar edərək bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflərini veriblər.
Müşavirədə Regional Toxum Sertifikatlaşdırma Mərkələrinin hər bir rayon üzrə baş aqronomunun və sort-sınaq məntəqələrinin rəhbərləri fəaliyyətlərinə dair çıxışları dinlənilib.
Müşavirənin sonunda nazir müavini İlham Quliyev bu sahənin inkişafında dönüş yaradılması, mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırıması istiqamətində tövsiyə və tapşırıqlarını verib.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026