28 sentyabr-18 oktyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam etdirilir. Yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Xatırladaq ki, arıçılıq məhsullarının son qəbul tarixi 24 sentyabrdır.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir.
Yeniliklərdən danışan ATT ASC İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, ilk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə 6-11 sentyabr tarixlərində həyata keçirilib.
“Sentyabrın 12-də isə qeydiyyatdan keçmiş arıçılara sms-bildirişlər göndərilib, onlar yarmarkada iştirak haqqı qazanıb-qazanmadıqları barədə məlumatlandırılıb. Bu günə qədər 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib. Bu il tətbiq edilən növbəti yenilik isə hər bir məhsulun üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.”
Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidmətinin də istifadəyə veriləcəyini deyən Leyla Məmmədova sifariş olunan məhsulların Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına çatdırılmasının ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə həyata keçiriləcəyini bildirib.
Xatırladaq ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq haqqına sahibdir.
Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər keçiriləcək, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq.
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023
“Caspian Agro” çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar davam edir
18 May 2023