Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Bərdə rayonunda soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımını davam etdirirlər.
2019-cu ilin məhsulu üçün 752 hektarda soğan becərən bərdəli fermerlər hər hektardan orta hesabla 350-400 sentner məhsul götürürlər. Ötən il istehsal etdikləri soğanın satışında çətinlik çəkən fermerlər builki satışdan və soğanın qiymətindən razıdırlar.
Bərdə rayonunun Qazıqurdalı kənd sakini, fermer Elman Qasımov da müasir becərmə texnologiyasından, damcı suvarma sistemindən istifadə etməklə yetişdirdiyi məhsulun satışından razılığını ifadə edib: "Soğanı maya dəyərindən 10 qəpik baha satmaq fermeri qane edir. Keçən il becərdiyimiz məhsul pula getmədi. Bu il isə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə məhsulumuz satıldı. Daxili və xarici bazara çıxarıldı".
Soğan bitkisinin becərilməsinin çox zəhmət tələb etdiyini bildirən fermer deyib: "Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr verilir. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür. Bu il satış qiymətlərinin yaxşı olması soğan əkininə marağı artırıb".
Qeyd edək ki, payızda əkilən soğan aprel, may, iyun aylarında, yazda əkilən soğan isə avqust ayında yığılır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026