Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Beyləqan rayonunun Qəhrəmanlı kəndində taxıl bitkilərinin tirə əkin üsulu ilə yetişdirilməsi texnologiyası nümayiş etdirilib. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində baş tutmuş nümayişdə nazirliyin əməkdaşları, fermerlər, sahibkarlar iştirak ediblər. Türkiyədən gətirilmiş səpin aqreqatı vasitəsi ilə aparılan tirəli səpinin iqtisadi üstünlükləri fermerlərə əyani göstərilib.
Mütəxəssislər bildiriblər ki, bu intensiv əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə həm bir gedişlə 20-30 sm hündürlükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir. Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 sm arasında dəyişir. Hazırlanmış tirələrin səthinin eni 30-45 sm arasında dəyişir. Tirənin səthinə iki yaxud üç cərgədə toxum səpilir. Əgər tirənin səthində iki cərgə toxum səpilərsə, tirə səthinin eni 30-35 sm, üç cərgə toxum səpilərsə, tirə səthinin eni 45 sm enində olur. Hazırda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində arpanın tirə əkin üsulu ilə nümayiş sahəsi yaradılır.
Sahə nümayişi zamanı fermerlərin yeni texnologiya ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026