Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi monitorinqlər həyata keçirilir.
Oktyabr ayı ərzində Beyləqan, İmişli. Saatlı, Sabirabad, Biləsuvar, Salyan və Hacıqabul rayonlarında çəyirtkəkimilərin küpələrinin aşkar edilməsi məqsədilə payız müşahidələrinin qiymətləndirilməsi məqsədi ilə monitorinqlər aparılıb.
Küdrü düzünün Saatlı və İmişli rayonlarının ərazisinə düşən hissəsinin 186 hektar sahəsində müşahidə işləri aparılıb, 132 hektar sahədə sirayətlənmə aşkar olunub və 1 m2 sahədə zərərvericinin küpələrinin orta sıxlığının 1 ədəd olduğu müəyyən edilib.
Sabirabad rayonunun “Daş yataq” adlanan ərazisində 1 m2-də Mərakeş çəyirtkəsinə məxsus 2-3 ədəd, “Ankerlərın yanı” adlanan ərazidə 1 ədəd, Moran kəndi ərazisində 1 ədəd küpələri aşkar edilib. Ümumilikdə 200 hektar sahədə müşahidə işləri aparılıb və 185 hektar sahədə sirayətlənmə aşkar edilib.
Qeyd edək ki, ərazilərdə aşkar edilmiş küpələrdə olan yumurtaların 85-90%-i sağlamdır.
Biləsuvar rayonunun Salyan rayonu ilə sərhəd ərazisində (Mahmudçala kəndi), eyni zamanda İmişli və Sabirabad rayonları ilə sərhəd olan ərazilərdə 330 hektarlıq əkin sahəsində müşahidə aparılıb və bu ərazilərdə də küpələr aşkar edilib.
Beyləqan rayonununda Dövlət Fond Torpaqlarına aid Şirinqum, Salyan rayonunun Şorsulu, Hacıqabul rayonunun Qarasu-Padarçöl ərazilərində çəyirtkəkimilərin küpələri aşkar olunmayıb. İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Salyan, Hacıqabul və digər rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.
Qeyd edək ki, 2019-cu ilin aprel-iyul aylarında respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin sürfə və yetkin fərdlərinə qarşı 51538,5 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
30 May 2023
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023