Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Oğuz rayonunun Yaqublu, Aşağı Söyüdlü, Qarabulaq, Çayqovuşan, Top, Yenikənd və Padar kəndlərinin əkin sahələrində siçanabənzər gəmiricilərin müşahidəsi aparılıb. Müşahidələrin kecirilməsində məqsəd sicanabənzər gəmiricilərlə sirayətlənmə dərəcəsini müəyyən etmək, mubarizə tədbirlərini bioloji və iqtisadi cəhətdən əsaslandırılmış vaxtlarda həyata kecirməkdir.
Müşahidələr zamanı 4200 ha–dan artıq əkin sahəsində zərərvericilərlə sirayətlənmiş areal, sirayətlənmə dərəcəsi və aparılacaq mübarizənin həcmi müəyyənləşdirilib. Yağmursuz hava şəraiti çıxışların gecikməsinə və bu səbəbdən yem bazasının azalmasına səbəb olub ki, bunun da gəmiricilərin artım dinamikasına bilavasitə təsir göstərib. Müşahidələrin nəticələrinə əsasən işlək yuva sayı iqtisadi ziyanvurma həddindən (İZH) artıq olan sahələrdə kimyəvi mübarizə tədbirlərinin təcili başlanılması qərara alınıb. Tədbirlər cərcivəsində zərərvericiləri iqtisadi cəhətdən hiss olunmayacaq səviyyədə saxlamaq məqsədilə AXA-nın mütəxəssisləri tərəfidən fermerlərə müvafiq məsləhət və tövsiyələr verilib.
Qeyd edək ki, müşahidələr respublikanın bütün bölgələrində həyata kecirilir. Belə ki, noyabr ayının əvvəlinədək ümümilikdə, 1013983 hektar əkin sahəsində müşahidələr aparılıb ki, ondan 485536 hektar sahədə sirayətlənmə müəyyənləşdirilib, 294760 hektar sahədə isə mübarizə tədbirləri həyata kecirilib. Respublikanın bütün rayonları sicanabənzər gəmiricilərlə mübarizə məqsədilə kimyəvi preparatlarla təmin olunub.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026