Dekabrın 4-dək ölkə üzrə qəbul məntəqələrinə 221 min 284 ton pambıq təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
Pambıq tədarükündə Saatlı (29 min 228 ton), Bərdə (24 min 122 ton), Ağcabədi (22 min 301 ton), Biləsuvar (21 min 25 ton) və Beyləqan (20 min 753 ton) rayonları irəlidə gedirlər.
Respublikada pambıq yığımı davam edir.
Xatırladaq ki, 2018-ci ildə ölkəmizdə 132 min 512 hektar sahədə pambıq əkilib. Pambıq tədarükündəki artım məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunub. Hazırda emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət tərəfindən fermerlərə 10 qəpik subsidiya verilir. Həmçinin bu il pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat olmaqla, 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün qiyməti 580-dən 630 manata, 3-cü növün qiyməti 540-dan 590 manata, 4-cü növün qiyməti isə 500-dən 550 manata qədər artırılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026