Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.
Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir. Məhsul yığımı davam edir.
Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatdırılmışdı. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı 2016-cı ilə nisbətən 2,3 dəfə artmışdı. 2018-ci ildə isə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
13.11.2018-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026