Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37,500 nəfəri keçib. EKTİS-də ən çox Salyan, Biləsuvar və Şəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib.
Hazırda fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə və Tərtər rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparır.
EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər. Könüllülərə EKTİS sisteminə məlumatların daxil edilmə ardıcıllığı ilə bağlı xüsusi təlimlər keçirilir. Yeni sistemdə qeydiyyatdan keçməmiş fermerlər məsləhət xidməti almaq üçün yaşadıqları rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və ərazi üzrə ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilərlər.

AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026