Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 12-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 329,92 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər ümumilikdə 19,10 ton yaş barama təhvil veriblər. Ümumiyyətlə, ən çox yaş barama təhvili iyunun 10-da qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 72,53 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Bərdə, Şəki, Ağcabədi, Kürdəmir, Ağdam və Qax rayonları öndədir. Bu günədək Zərdabda 51,28 ton, Füzulidə 35,26 ton, Zaqatalada 29,99 ton, Balakəndə 29,16 ton, Bərdədə 27,54 ton, Şəkidə 24,46 ton, Ağcabədidə 18,84 ton, Kürdəmirdə 17,89 ton,
Ağdamda 15,73 ton, Qaxda 14,23 ton, Göyçayda 7,92 ton, Sabirabadda 7,79 ton, Ucarda 7,38 ton, İmişlidə 5,06 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026